Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Hazırda oxunan: Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

622288

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ilk yarış günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Bizim.Media xəbər verir ki, yığma günü 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuraraq 43 ölkə arasında komanda hesabında ilk pillədə qərarlaşıb.

Zəhra Quliyeva (40 kq) finalda Macarıstan təmsilçisi Nora Pirbus-Qrofu tam üstünlüklə məğlub edərək Avropa çempionu olub.
 

Oğlanların 50 kq çəki dərəcəsində isə Azərbaycan finalı baş tutub. Nihad Ağayev həlledici görüşdə komanda yoldaşı Fərid Rzazadəyə qalib gələrək qızıl medal qazanıb. Fərid Rzazadə isə qitə birinciliyinin gümüş mükafatına yiyələnib.


İbrahim Talıbov (55 kq) bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Vitali Lixohlyada qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Günün son medalını Könül Eyvazlı (48 kq) qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada italiyalı Aurora Montalbanodan üstün olaraq Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, yarış iyulun 2-dək davam edəcək. Azərbaycan millisi növbəti yarış günlərində müxtəlif çəki dərəcələrində və qarışıq komanda yarışında mübarizəsini davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO