DÇ-2026: Messi əfsanələr sırasına qoşuldu

DÇ-2026: Messi əfsanələr sırasına qoşuldu

Hazırda oxunan: DÇ-2026: Messi əfsanələr sırasına qoşuldu
620979
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə dünya çempionatının qrup mərhələsində ötən gecə keçirilən oyunlardan sonra bir sıra maraqlı statistik göstəricilər qeydə alınıb.

Bizim.Media FIFA-ya istinadən xəbər verir ki, Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixində ardıcıl altı oyunda qol vuran üçüncü futbolçu olub.

Daha əvvəl bu nailiyyətə yalnız Fransa millisinin sabiq üzvü Jüst Fonten (1958) və Braziliya yığmasının keçmiş hücumçusu Jairzinyo (1970) imza atmışdılar.
 

Fransa millisinin hücumçusu Kilian Mbappe isə mundiallar tarixində yeni rekorda imza atıb. O, dünya çempionatlarında altıncı dəfə bir oyunda iki və ya daha çox qol vuraraq bu göstəricidə bütün futbolçuları geridə qoyub.


Norveç millisi də növbəti qələbəsi ilə diqqət çəkib. Skandinaviya təmsilçisinin dünya çempionatlarında qazandığı dörd qələbənin hər biri fərqli konfederasiyanı təmsil edən komandalar üzərində əldə olunub.

Əlcəzair yığmasının statistikası isə uğursuz göstərici ilə yadda qalıb.

Afrika təmsilçisi dünya çempionatlarında keçirdiyi 15 oyunda cəmi bir dəfə qapısını toxunulmaz saxlaya bilib. Bu, 2010-cu ildə İngiltərə millisinə qarşı qolsuz heç-heçə ilə başa çatan görüşdə qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO