Futbol üzrə dünya çempionatının maraqla gözlənilən qrup matçları davam edir.
Bizim.Media xəbər verir ki, qrup mərhələsinin ilk turu çərçivəsində azarkeşləri yaşıl meydanlarda daha bir neçə maraqlı qarşılaşma gözləyir.
Günün ilk maraqlı dueli I qrupda yer alan Fransa və Seneqal yığmaları arasında baş tutacaq. Bu matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
I qrupunda, həmçinin İraq millisi Norveçlə gücünü sınayacaq. Bu gərgin mübarizə iyunun 17-nə keçən gecə, saat 02:00-da start götürəcək.
J qrupunda isə iyunun 17-si saat 05:00-da Argentina ilə Əlcəzair millisi, saat 08:00-da isə Avstriya ilə İordaniya millisi üz-üzə gələcəklər.
Dünya çempionatı
I tur
16 iyun
I qrupu
23:00. Fransa - Seneqal
17 iyun
02:00. İraq - Norveç
J qrupu
05:00. Argentina - Əlcəzair
08:00. Avstriya - İordaniya
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
09:10 / 16.06.2026
DÇ-2026: Fransa və Argentina mübarizəyə başlayır
Hazırda oxunan: DÇ-2026: Fransa və Argentina mübarizəyə başlayır
Hazırda oxunan: DÇ-2026: Fransa və Argentina mübarizəyə başlayır
619516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































