Dünya Çempionatını Azərbaycanda bu telekanal yayımlayacaq

Dünya Çempionatını Azərbaycanda bu telekanal yayımlayacaq

Hazırda oxunan: Dünya Çempionatını Azərbaycanda bu telekanal yayımlayacaq

618605

Bu gün futbol üzrə 23-cü Dünya Çempionatı başlayır. İlk dəfə olaraq çempionatda 48 milli komanda yarışacaq.

Bizim.Media xəbər verir ki, ABŞ, Meksika və Kanadada təşkil olunan Dünya Çempionatının oyunları Azərbaycanda İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Əgər İTV istəsə, Dünya Çempionatının 106 oyunundan bəzilərini digər yerli telekanallarla bölüşə bilər.

Türkiyə ərazisində isə matçları TRT1 və TRT Spor kanalları canlı yayımlayacaq.

Açılış oyunu bu gün 23:00-da A qrupunda Meksika ilə CAR arasında olacaq. Oyun Mexikodakı 87 min 500 tamaşaçı tutumuna malik “Estadio Azteca” stadionunda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO