“Sabah”ın bütün potensial rəqibləri bəlli oldu – SİYAHI

“Sabah”ın bütün potensial rəqibləri bəlli oldu – SİYAHI

Hazırda oxunan: “Sabah”ın bütün potensial rəqibləri bəlli oldu – SİYAHI

615271

“Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki son potensial rəqibi də müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində Uels çempionu ilə qarşılaşa bilər.
 

Belə ki, TNS mümkün rəqiblər sırasına qoşulub. Bununla “Sabah”ın 14 potensial rəqibinin hamısı bəlli olub.


Səpələnmişlər: “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Drita” (Kosovo), “Linkoln” (Cəbəllüttariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Universitatya Krayova” (Rumıniya), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları), “Flora” (Estoniya), “Larne” (Şimali İrlandiya), “Petrokub” (Moldova), TNS (Uels).

Səpələnməmişlər: “İnter Eskaldes” (Andorra), “Levski” (Bolqarıstan), “Ararat” (Ermənistan), “Sabah” (Azərbaycan), “Kauno” (Litva), “Sutyeska” (Monteneqro), “ETO Dyor” (Macarıstan), “İberia” (Gürcüstan), “Floriana” (Malta), “Tre Fiori” (San Marino), “Vardar” (Şimali Makedoniya), “Vitebsk” (Belarus), “Atert” (Lüksemburq), Albaniya çempionu.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu raundun oyunları 7-8 iyul və 14-15 iyulda olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO