Futzal üzrə Azərbaycanın Kubokunun final oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, həlledici görüşdə “Araz-Naxçıvan” və “Neftçi” İK qarşılaşıb.
Matçdan əvvəl AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədliyə 55 illiyi ilə əlaqədar xatirə hədiyyəsi təqdim olunub. Hədiyyəni AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov təqdim edib.
Final oyununda rəqibinə 5:3 hesabı ilə qalib gələn “Neftçi” İK titula sahib çıxıb.
Qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Final oyununun hakimlərinə və hakim-inspektora diplom, matçın ən yaxşı futzalçısı – Markus Vinisiusa xatirə hədiyyəsi, “Araz-Naxçıvan” və “Neftçi”nin üzvlərinə müvafiq olaraq gümüş və qızıl medallar, həmçinin qalib komandaya Azərbaycan Kuboku təqdim olunub.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:06 / 21.05.2026
Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
Hazırda oxunan: Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
Hazırda oxunan: Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
614641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































