“Sabah”ın legioneri Xorvatiya klubuna KEÇƏ BİLƏR

“Sabah”ın legioneri Xorvatiya klubuna KEÇƏ BİLƏR

Hazırda oxunan: “Sabah”ın legioneri Xorvatiya klubuna KEÇƏ BİLƏR

614101

"Sabah"ın futbolçusu İvan Lepinitsa bu mövsüm göstərdiyi oyunla bir sıra xarici klubların diqqətini cəlb edib.

Bizim.Media xəbər verir ki, 26 yaşlı futbolçunu istəyən klublardan biri də “Hayduk”dur.

Həmyerliləri Lepinitsanı bu mövsümkü performansına görə transfer siyahısına daxil edib.

Futbolçunun özü isə “Sabah”da qalmaq və bu klubla Çempionlar Liqasında iştirak etmək istəyir.
 

Mövsümün sonunda “Hayduk”un “Sabah”a rəsmi müraciət edəcəyi gözlənilir. 2024-cü ildən “Sabah”da çıxış edən Lepinitsanın Azərbaycan çempionu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.


Qeyd edək ki, o, “Riyeka”, “Zadar”, “Arminiya Bilefeld”, “Slaven Belupo” klublarında da çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO