"Sabah" klubunu ürəkdən təbrik edirəm - FOTO

"Sabah" klubunu ürəkdən təbrik edirəm - FOTO

Hazırda oxunan: "Sabah" klubunu ürəkdən təbrik edirəm - FOTO

613776

Bu gün Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olan "Sabah" Futbol Klubuna yüksək mükafatları təqdim etdik.

Bizim.Media xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkə hesabında yazıb.
 

"Bir daha mövsüm boyunca yüksək peşəkarlıq, əzmkarlıq nümayiş etdirən, azarkeşlərini məzmunlu oyunlar və inamlı qələbələrlə sevindirən "Sabah" klubunu ürəkdən təbrik edirəm", - paylaşımda qeyd olunub.


R. Nəcəf bu il Azərbaycan çempionatında yüksək nəticələr göstərərək ölkəni avrokuboklarda təmsil etmək hüququ qazanan bütün klublara qarşıdakı yarışlarda parlaq qələbələr arzulayıb.

Qeyd edək ki, futbol üzrə Misli Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olan "Sabah" komandası bu gün mükafatlandırılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO