Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Hazırda oxunan: Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA
612556
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatına start verilib.

Bizim.Media xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kiloqramlarda finalçılar müəyyənləşib.

Ömər Salmanov (48 kiloqram) türkiyəli Şamil Şahana (8:1), çexiyalı Simon Sritrə (8:0) və macarıstanlı Benedek Tombora (9:0) qalib gələrək finala yüksəlib. Həmyerlimiz sabah həlledici görüşdə rusiyalı Artyom Tkaçenko ilə güləşəcək.
 

Qurban Məcnunov (55 kiloqram) polşalı Yakub Şkripçakı (9:0), gürcüstanlı Giorgi Kedelidzeni (5:3), ukraynalı Raxman Qamidovu (11:2) və norveçli Abu Bakar Saqayı (9:0) məğlub edərək adını finala yazdırıb. Güləşçimiz sabah çempionluq uğrunda son qarşılaşmada rusiyalı Edem Payziyevlə mübarizə aparacaq.


Orxan Həbibli (65 kiloqram) bolqarıstanlı Antoan Tsvetanovu (7:1) yarışdan kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Aslan Dzuevə 4:8 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün millimizin üzvü sabah təsəlliverici görüşə çıxacaq. Onun rəqibi Dionisios Bulutidis (Yunanıstan) – Qabriel Lunqu (Rumıniya) qarşılaşmasının qalibi olacaq.

Zəka Yusubov (80 kiloqram) rumıniyalı Robert Kukiureana (8:0) və rusiyalı Yeqor Kuropiatnikova (7:6) qalib gəldikdən sonra 1/4 finalda ukraynalı Danyil Melniçuka minimal fərqlə məğlub olub – 3:4.

Məhəmməd Mustafayev isə (110 kiloqram) debütdə ukraynalı Maksim Sokolyuka müqavimət göstərə bilməyib – 0:9.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO