“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür

Hazırda oxunan: “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür
612245
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına start veriləcək.

Bizim.Media xəbər verir ki, 5 mərhələdən ibarət yarışın ilk etapı “Sea Breeze”dən start götürməklə 158,7 kilometr məsafəni əhatə edəcək və Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda başa çatacaq.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı

10 may

I mərhələ: “Sea Breeze”dən start götürməklə Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda finiş (158,7 kilometr)

11 may

II mərhələ: Bakı – Şamaxı – İsmayıllı (193,2 kilometr)

12 may

III mərhələ: Qəbələ – Oğuz – Şəki – Mingəçevir (163,3 kilometr)

13 may

IV mərhələ: Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152,7 kilometr)

14 may

V mərhələ: Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181,3 kilometr)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO