AFFA "Neftçi" və "Qarabağ"ı cərimələdi – MƏBLƏĞLƏR

AFFA "Neftçi" və "Qarabağ"ı cərimələdi – MƏBLƏĞLƏR

Hazırda oxunan: AFFA "Neftçi" və "Qarabağ"ı cərimələdi – MƏBLƏĞLƏR
610164
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “İmişli” – “Sumqayıt” oyununda “İmişli” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 

25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “İmişli” – “Sumqayıt” oyunu “Sumqayıt” komandasının formasında qüsurlar olması səbəbindən gec başladığına görə “Sumqayıt” komandası 1500 manat cərimə edilsin (maddə 83.5);


25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “İmişli” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “İmişli” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 

26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);


26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 7000 manat cərimə edilsin (maddə 86.3);
 

27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Sabah” – “Karvan-Yevlax” oyununun 64-cü dəqiqəsində “Sabah” komandasının 10 nömrəli futbolçusu Aleksey İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sabah” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);


27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Sabah” – “Karvan-Yevlax” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sabah” komandası 6500 manat cərimə edilsin (maddə 86.3);

27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Sabah” – “Karvan-Yevlax” oyununun 36-cı dəqiqəsində “Karvan-Yevlax” komandasının 19 nömrəli futbolçusu Qavi Tompson ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Karvan-Yevlax” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO