Yamal dünya çempionatının ilk oyunlarını buraxa bilər

Yamal dünya çempionatının ilk oyunlarını buraxa bilər

Hazırda oxunan: Yamal dünya çempionatının ilk oyunlarını buraxa bilər

609984

"Barselona"nın oyunçusu Lamin Yamal İspaniya millisinin heyətində dünya çempionatının ilk oyunlarını buraxa bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə "Sport.es" saytı məlumat yayıb. 

18 yaşlı vinger ötən həftə budun arxa əzələsindən zədə alıb və bu səbəbdən mövsümün sonuna qədər sıradan çıxıb.

Daha əvvəl onun mundiala qədər bərpa olunacağı bildirilsə də, "Barselona"da zədənin kifayət qədər ciddi olduğu düşünülür. 
 

Kataloniya təmsilçisi zədənin mümkün təkrarlanma riskindən ehtiyat edir. Buna görə də klub milli komandanın məşqçilər heyətinə müraciət edərək gənc futbolçunun turnirin ilk iki matçında iştirak etməməsini xahiş edib. 


Söhbət Kabo-Verdeyə qarşı iyunun 15-də və Səudiyyə Ərəbistanına qarşı iyunun 21-də keçiriləcək oyunlardan gedir. Yamalın turnirdə debütünün Uruqvay millisinə qarşı matçda baş tutacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO