UEFA PSV -

UEFA PSV - "Sevilya" oyunu ilə bağlı intizam işi açıb

Hazırda oxunan: UEFA PSV - "Sevilya" oyunu ilə bağlı intizam işi açıb

603546

UEFA Niderlandda PSV və İspaniya "Sevilya"sı arasında keçirilmiş Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundakı insidenti araşdırır.

Eyndhoven təmsilçisinin azarkeşlərindən birinin meydana daxil olaraq qonaq komandanın qapıçısı Marko Dmitroviçə hücum çəkməsi ilə bağlı intizam işi açılıb.

Hadisə görüşün sonlarına yaxın baş verib. Aqressiv fanat qolkiperi vurmaq istəsə də, buna nail ola bilməyib. Çünki serbiyalı oyunçu onu yerə yıxaraq zərərsizləşdirib.

Qeyd edək ki, oyun PSV-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri İspaniyadakı ilk matçda 0:3 hesabı ilə uduzduqlarından, avrokuboklarda mübarizəni dayandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO