Türkiyə Superliqasında XXXI turun mərkəzi oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" və "Fənərbağça" komandaları "Rams Park" stadionunda qarşılaşıb. Görüş ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qalatasaray"ın heyətində qolları Viktor Osimhen, Barış Alper Yılmaz və Lukas Torreyra vurublar. "Fənərbağça"da Anderson Talişka 14-cü dəqiqədə penaltidən yararlana bilməyib.
Qonaqlar 62-ci dəqiqədə isə azlıqda qalıblar. Qapıçı Ederson ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarını 74-ə çatdıran "sarı-qırmızılar" çempionluq yolunda vacib addım atıb. "Sarı-lacivərdlilər" isə 67 xalla 2-ci pillədə qalıblar.
Qeyd edək ki, günün digər matçında "Gənclərbirliyi" evdə "Kocaelispor"u 1:0 hesabı ilə məğlub edib.
Bizim.Media
































































































