ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə təmasda olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Putinlə son danışığının məzmununu açıqlamaq istəmədiyini deyib.
“Putinlə son söhbətin necə olduğunu açıqlamaq istəmirəm. Amma mən onunla danışıram və Zelenski ilə də danışıram”, - deyə ABŞ lideri bildirib.
Tramp qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin nizamlanması üzərində iş aparılır.
“Mən səkkiz müharibəni həll etmişəm. Bu müharibə, mənə elə gəlirdi ki, ən asanı olmalı idi. Biz Rusiya və Ukrayna ilə bağlı vəziyyət üzərində işləyirik və ümid edirəm ki, bunu yoluna qoyacağıq”, - deyə Tramp vurğulayıb.
Bizim.Media
































































































