Epidemioloq yaxın 5 ilin ən ölümcül xəstəliklərini açıqladı

Epidemioloq yaxın 5 ilin ən ölümcül xəstəliklərini açıqladı

Hazırda oxunan: Epidemioloq yaxın 5 ilin ən ölümcül xəstəliklərini açıqladı

609477

Yaxın 5 ildə ən yüksək ölüm göstəricisinə malik xəstəliklər ürək-damar, onkoloji və endokrin xəstəliklər olaraq qalacaq.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, epidemioloq Gennadi Onişşenko bildirib.

Onun sözlərinə görə, ölüm hallarının böyük hissəsi məhz bu xəstəliklərin payına düşür.

Epidemioloq qeyd edib ki, ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında lider mövqeyini qoruyur. Onkoloji xəstəliklər və endokrin pozuntular da yaxın illərdə ciddi təhlükə olaraq qalacaq.
 

Onişşenko əlavə edib ki, daha bir mühüm risk qripdir. Xüsusilə digər infeksiyaların, o cümlədən COVID-19-un yayıldığı dövrlərdə qrip daha təhlükəli ola bilər.


Akademik qrip virusunun dəyişkənliyinə diqqət çəkib və onun ağırlaşmalara səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, bu ağırlaşmalar bəzi hallarda ürək-damar sisteminə də təsir göstərə bilər.

Onişşenko həmçinin yeni və aktual infeksiya risklərini də xatırladıb. Bu sırada meymunçiçəyi kimi xəstəliklərin də izlənilməsinin vacib olduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO