Ağızda əriyən yumşaq ət qovurmasının sirri — Sadə üsullar açıqlanıb

Ağızda əriyən yumşaq ət qovurmasının sirri — Sadə üsullar açıqlanıb

Hazırda oxunan: Ağızda əriyən yumşaq ət qovurmasının sirri — Sadə üsullar açıqlanıb

609520

Ət qovurması mətbəxlərdə ən çox hazırlanan yeməklərdən biridir. Lakin düzgün bişirilmədikdə ət sərt və quru ola bilər. Mütəxəssislərin sözlərinə görə, bir neçə sadə addım ətin daha yumşaq və dadlı alınmasını təmin edir.

Bizim.Media dadlı ət qovurmasının hazırlanmasını təqdim edir:

İlk olaraq ətin düzgün seçilməsi vacibdir. Yağlı və lif quruluşu uyğun olan hissələr qovurma üçün daha münasib hesab olunur.

Ətin bişirilməzdən əvvəl bir müddət otaq temperaturunda saxlanılması tövsiyə edilir. Bu, istiliyin bərabər yayılmasına kömək edir.
 

Qovurma zamanı yüksək oddan istifadə edilməməli, zəif odda yavaş bişirmə üsuluna üstünlük verilməlidir. Bu halda ət öz şirəsini saxlayır və daha yumşaq olur.


Mütəxəssislər bildirir ki, ətin öz yağında bişirilməsi dadı artırır və qurumanın qarşısını alır.

Digər vacib məqam duzun düzgün vaxtda əlavə olunmasıdır. Duzun erkən mərhələdə vurulması ətin sərtləşməsinə səbəb ola bilər.

Bişirmə prosesi başa çatdıqdan sonra qazanın qapağının bağlı saxlanılması ətin daha yumşaq və ləzzətli olmasına şərait yaradır. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO