Bakının azadlığa buraxdığı Xaçatryan Robert Köçəryanla revanş xəyalları qurur

Bakının azadlığa buraxdığı Xaçatryan Robert Köçəryanla revanş xəyalları qurur

Hazırda oxunan: Bakının azadlığa buraxdığı Xaçatryan Robert Köçəryanla revanş xəyalları qurur
609501
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın ağır cinayətlərə görə saxladığı Vaqif Xaçatryanın azadlığa buraxılmasını Ermənistan tərəfi xahiş etmişdi. Bakı onun səhhətini nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq bu addımı atdı.

Bəs nəticədə nə gördük?

Nə peşmanlıq var, nə təəssüf, nə də törədilən cinayətlərə görə mənəvi məsuliyyət hissi. Əksinə, Vaqif Xaçatryan sakit şəkildə Xocalı faciəsinin əsas günahkarlarından biri olan Robert Köçəryanın yanında peyda oldu. O Köçəryan ki, yenidən Qarabağ mövzusunu gündəmə gətirməyə çalışır.

Xatırladaq ki, bir neçə gün əvvəl Robert Köçəryan gələcəkdə Qarabağ məsələsinin yenidən qaldırıla biləcəyini demiş və hansısa “imkan pəncərəsi”ndən danışmışdı.

Bizim.Media xəbər verir ki, mənzərə aydındır: biri peşman deyil, digəri sakitləşməyib, üçüncülər isə regiona qan və faciə gətirmiş keçmişə yenidən qapı açmaq xəyalları qururlar.
 

Amma reallıq artıq dəyişib. Onlar bunu nə qədər tez anlasa, öz xalqlarına bir o qədər az yeni bəla gətirərlər. Çünki kimlərsə yenidən keçmişin qapısını açmaq qərarına gəlsə, unutmamalıdır: ədalətin keşiyində dəmir yumruq dayanır.


Bu hadisə bir daha göstərir ki, Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş digər şəxslər azadlığa çıxmamalıdır. Onlar ömürlərinin qalan hissəsini Bakıdakı həbsxanada keçirməlidirlər. (BT News)

Bakının azadlığa buraxdığı Xaçatryan Robert Köçəryanla revanş xəyalları qurur - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO