Macarıstandan Ukraynaya neft məhsulları idxal ediləcək?

Macarıstandan Ukraynaya neft məhsulları idxal ediləcək?

Hazırda oxunan: Macarıstandan Ukraynaya neft məhsulları idxal ediləcək?

609461

Ukrayna Macarıstandan neft məhsullarının, xüsusilə dizel yanacağının idxalının bərpa olunacağına ümid edir.

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın energetika naziri Denis Şmıqal Kiyevdə keçirilən Ukraine Energy Coordination Group iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Drujba” neft kəməri ilə neft tranzitinin bərpasından sonra Macarıstandan Ukraynaya neft məhsullarının idxalı da yenidən mümkün ola bilər.

Şmıqal qeyd edib ki, söhbət ilk növbədə dizel yanacağından gedir.

Ukrayna tərəfi hesab edir ki, Macarıstandan dizel idxalının bərpası daxili bazarda təklifi artıra və nəticədə qiymətlərin aşağı düşməsinə təsir göstərə bilər.

Qeyd edək ki, yanacaq bazarında qiymətlərin sabitləşdirilməsi Ukrayna üçün enerji təhlükəsizliyi baxımından mühüm məsələlərdən biri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO