Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO

Hazırda oxunan: Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO
609532
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransada keçirilən 23-cü Briv Beynəlxalq Ortametrajlı Filmlər Festivalının qalibləri elan olunub.

Bizim.Media xəbər verir ki, azərbaycanlı rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” filmi Briv Film Festivalının iki mükafatına layiq görülüb.

Film festivalın “Münsiflər heyətinin xüsusi mükafatı”nı almaqla yanaşı, həm də “Tamaşaçıların ən sevimli filmi” mükafatını qazanıb.
 

Xatırladaq ki, festivalın ilk günündə nümayiş olunan film tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Nümayişdən sonra bəzi izləyicilər rejissora yaxınlaşaraq film boyu göz yaşlarına hakim ola bilmədiklərini bildirərək, onu belə təsirli ekran əsərinə görə təbrik edirdilər.


Film ARKA-nın birbaşa maliyyə dəstəyi ilə “Şahdağ Film” MMC tərəfindən istehsal olunub. Quruluşçu rejissor Emin Əfəndiyev, quruluşçu rəssam Arif Niftiyev, bəstəkar Azər Hacıəsgərli, baş prodüseri isə Sərvər Bayramovdur.

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO