Bakıda və Abşeron yarımadasında küləyin sürəti 28.4 m/san-dək güclənəcək

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 28.4 m/san-dək güclənəcək

Hazırda oxunan: Bakıda və Abşeron yarımadasında küləyin sürəti 28.4 m/san-dək güclənəcək

609442

Milli Hidrometeorologiya Xidməti aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qazax, Ağstafa, Şəmkir, Tovuz, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qobustan, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Samux, Gəncə, Gədəbəy, Göygöl, Zəngilan, Yevlax, Lerik, Yardımlı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Quba, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Salyan, Hacıqabul, Neftçalada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO