Azərbaycanın daha 2 sərbəst güləşçisi Avropa çempionu oldu

Azərbaycanın daha 2 sərbəst güləşçisi Avropa çempionu oldu

Hazırda oxunan: Azərbaycanın daha 2 sərbəst güləşçisi Avropa çempionu oldu

609519

Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında daha 5 medal qazanıblar.

Bizim.Media xəbər verir ki, yarışın son günündə Ali Tsokayev (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) Avropa çempionu olublar. Turan Bayramov (74 kiloqram) və Arseni Cioyev (86 kiloqram) finalda məğlub olaraq gümüş mükafata sahib çıxıblar.

Nürəddin Novruz (61 kiloqram) isə bürünc medal uğrunda görüşdə uduzaraq 5-ci yeri tutub.

Bununla da sərbəst güləşçilər Avropa çempionatını 6 medalla başa vurublar. Daha əvvəl İslam Bazarqanov (57 kiloqram) qızıl, Cəbrayıl Hacıyev (79 kiloqram) bürünc medal əldə edib.
 

Qeyd edək ki, Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kiloqram), Nihat Məmmədli (60 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.


Qadın güləşində isə Jalə Əliyeva (57 kiloqram) və Günay Qurbanova (59 kiloqram) bürünc mükafatın sahibi olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO