Dünyada portağal qıtlığı yarana bilər

Dünyada portağal qıtlığı yarana bilər

Hazırda oxunan: Dünyada portağal qıtlığı yarana bilər

609482

Dünya yaxın illərdə portağal qıtlığı ilə üzləşə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın ABC News telekanalı məlumat yayıb.

Buna səbəb bir sıra ölkələrdə sitrus bitkiləri arasında yayılan təhlükəli xəstəlikdir. Artıq bəzi bölgələrdə sitrusçuluq sahəsi ciddi böhran yaşayır.

ABŞ və Braziliyada istehsalın azalmasının əsas səbəbi mikroskopik ölçüdə olan “huanglongbing” bakteriyasıdır. Xəstəliyin daşıyıcısı isə Asiya sitrus yarpaqbirəsidir.

Bu həşərat infeksiyanı bir ağacdan digərinə keçirir. Yoluxmadan sonra bitki tədricən zəifləyir və məhv olur. Bildirilir ki, 5-10 il ərzində xəstəliyə yoluxmuş sitrus bağından əsər-əlamət qalmaya bilər.
 

Mütəxəssislərin sözlərinə görə, hazırda bu xəstəliyə qarşı effektiv müalicə üsulu yoxdur. ABŞ-ın Florida ştatında sitrus sənayesinin artıq təxminən 90 faiz azaldığı bildirilir. Xəstəlik və onun daşıyıcıları digər regionlar üçün də təhlükə yaradır.


Risk altında olan bölgələr arasında Aralıq dənizi ölkələri də göstərilir. Qeyd olunur ki, bu ölkələrdən Rusiyaya böyük həcmdə sitrus meyvələri idxal edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO