İranda ölənlərin 45 faizi mülki şəxslərdir

İranda ölənlərin 45 faizi mülki şəxslərdir

Hazırda oxunan: İranda ölənlərin 45 faizi mülki şəxslərdir

609527

İran ABŞ və İsrailin zərbələri nəticəsində ölənlərin təxminən 45 faizinin mülki şəxslər olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Şəhidlər və Veteranlar İşləri Fondunun rəhbərinin müşaviri Cəmşid Nəzmi bildirib.

Onun sözlərinə görə, zərbələr nəticəsində ümumilikdə 3468 nəfər həlak olub. Onlardan 1460 nəfəri mülki şəxsdir.

Nəzmi qeyd edib ki, ölən mülki şəxslər arasında qadınlar, uşaqlar və yaşlılar da var. Bundan başqa, həlak olanlar sırasında Livan, Fələstin, İraq və Pakistan vətəndaşlarının olduğu bildirilib.
 

IRNA agentliyinin məlumatına görə, İran tərəfi bu rəqəmləri ABŞ və İsraillə 40 günlük qarşıdurma fonunda açıqlayıb.


Qeyd edək ki, Tehran zərbələrə görə Vaşinqton və Tel-Əvivi ittiham edir. ABŞ və İsrail tərəfinin bu rəqəmlərə münasibəti barədə hələlik əlavə məlumat verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO