Formada qalmasının əsas səbəblərindən biri bu qidadan uzaq durması imiş - Aşbazı açıqladı

Formada qalmasının əsas səbəblərindən biri bu qidadan uzaq durması imiş - Aşbazı açıqladı

Hazırda oxunan: Formada qalmasının əsas səbəblərindən biri bu qidadan uzaq durması imiş - Aşbazı açıqladı

609513

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun fit bədən quruluşunun sirləri yenidən gündəmə gəlib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, onun keçmiş şəxsi aşpazı Giorgio Barone Ronaldonun illərdir etdiyi sərt pəhriz proqramı ilə bağlı açıqlamalar verib.
 

Baronenin sözlərinə görə, Ronaldonun 41 yaşı olmasına baxmayaraq fiqurasını qoruyub saxlamağa imkan verən pəhrizinin ən diqqətçəkən detallarından biri qidalanmasında südün olmamasıdır.


O qeyd edib ki, Ronaldonun pəhrizinə süd daxil deyil, çünki onu “qeyri-təbii” hesab edir.

“Səhər yeməyində avokado, qəhvə və yumurta yeyir və heç vaxt şəkər istehlak etmir. Qətiyyən”, - bildirib.

Ciddi nizam-intizamı ilə tanınan Ronaldonun gündə altı dəfə yüksək proteinli yeməklər qəbul etdiyi, müntəzəm məşq etdiyi və sauna və buz vannaları kimi üsullarla bədən quruluşunu qoruduğu bildirilir. (Qafqazinfo.az)










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO