İsrail ordusu ötən gecə Livanın cənubunda “Hizbullah”a məxsus hərbi obyektlərə zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, hədəfə alınan binalar “Hizbullah” tərəfindən İsrail hərbçilərinə qarşı hücumların təşkili üçün istifadə olunub. Bundan başqa, İsrail hərbçiləri həmin ərazidə dördlüləli buraxılış qurğusu aşkar ediblər.
İsrail ordusu həmçinin “Hizbullah” tərəfindən hərbçilərin olduğu istiqamətə iki PUA buraxıldığını bildirib. Açıqlamada bu addım atəşkəs razılaşmalarının “kobud şəkildə pozulması” kimi qiymətləndirilib.
Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Bizim.Media
































































































