Azərbaycan Basketbol Liqası: Finalda “Sabah” və “Abşeron Lions” qarşılaşacaq

Azərbaycan Basketbol Liqası: Finalda “Sabah” və “Abşeron Lions” qarşılaşacaq

Hazırda oxunan: Azərbaycan Basketbol Liqası: Finalda “Sabah” və “Abşeron Lions” qarşılaşacaq

609504

Aprelin 25-26-da  Azərbaycan Basketbol Liqasında (ABL) play-off mərhələsinin cavab yarımfinal oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, ilk yarımfinal seriyasının cavab oyununda "Sabah" səfərdə "Gəncə" üzərində 78:73 hesabı ilə qələbə qazanaraq, seriyada ümumi hesabı 2:0 edib və ilk finalçı olub.
 

İkinci yarımfinal seriyasının cavab oyununda "Abşeron Lions" 90:81 hesabı ilə "Neftçi"yə qalib(2:0) gəlib və üçüncü görüşə ehtiyac duyulmayıb. Belədə, "Abşeron Lions" finalda "Sabah"ın rəqibi olub.


Qeyd edək ki, final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO