Zelenski Aİ-dən ayrılan 90 milyard avronun ilk tranşının hara xərclənəcəyini açıqladı

Zelenski Aİ-dən ayrılan 90 milyard avronun ilk tranşının hara xərclənəcəyini açıqladı

Hazırda oxunan: Zelenski Aİ-dən ayrılan 90 milyard avronun ilk tranşının hara xərclənəcəyini açıqladı
609473
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının təsdiqlədiyi 90 milyard avroluq dəstək paketinin ilk tranşı ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, Zelenski ilk tranşın Ukraynada daxili istehsalın inkişafına yönəldiləcəyini bildirib.

Onun sözlərinə görə, vəsait dronların istehsalı və hərbi texnologiyaların genişləndirilməsi də daxil olmaqla, müdafiə sənayesinin gücləndirilməsinə sərf olunacaq.

Ukrayna lideri qeyd edib ki, maliyyənin əhəmiyyətli hissəsi növbəti qışa qədər ölkənin enerji infrastrukturunun qorunmasına yönəldiləcək.
 

Zelenski həmçinin Yaxın Şərq və Cənubi Qafqaz ölkələri ilə Ukraynanın dizel yanacağı ilə təmin edilməsi üzrə razılaşmalar əldə olunduğunu açıqlayıb.


Prezident bildirib ki, müharibəyə baxmayaraq, Ukrayna ordu və iqtisadiyyat üçün sabit yanacaq tədarükünü qoruyub saxlayır. Onun sözlərinə görə, bu, kənd təsərrüfatı istehsalçıları və mülki nəqliyyat üçün də mühüm əhəmiyyət daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO