Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib.
Bizim.Media xəbər verir ki, 1956-cı ildə anadan olan sənətkar uzun illər sənətə xidmət göstərib.
O, 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərərək milli səhnə sənətinin inkişafına öz töhfəsini verib.
Əli Əliyev teatr səhnəsində yaratdığı dolğun və yaddaqalan obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Sənətkar "Anamın kitabı", "Dəli İbrahim", "Məşədi İbad" kimi tamaşalarda uğurlu çıxışları ilə yadda qalıb və Azərbaycan teatr tarixində özünəməxsus iz buraxıb. (Modern.az)

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:45 / 26.04.2026
Əməkdar artist vəfat etdi - FOTO
Hazırda oxunan: Əməkdar artist vəfat etdi - FOTO
Hazırda oxunan: Əməkdar artist vəfat etdi - FOTO
609467
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































