Peskov: “Rusiya Avropa üçün əsas təhlükə ola bilməz”

Peskov: “Rusiya Avropa üçün əsas təhlükə ola bilməz”

Hazırda oxunan: Peskov: “Rusiya Avropa üçün əsas təhlükə ola bilməz”

609434

Rusiya Avropa üçün əsas təhlükə hesab edilə bilməz.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” üçün Pavel Zarubinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, kim nə deyirsə-desin, Rusiya Avrasiya ölkəsi olmaqla yanaşı, Avropanın ayrılmaz tərkib hissəsidir.

Peskov qeyd edib ki, Rusiyanın maraqları nəzərə alınmadan və Moskvanın iştirakı olmadan Avropa təhlükəsizlik arxitekturasını təsəvvür etmək mümkün deyil.

“Yalnız ümid etmək olar ki, indiki siyasətçilər zamanla daha praqmatik düşünən siyasətçilərə yer verəcəklər. Hələlik isə mənzərə tamamilə məyusedicidir”, - deyə Kreml rəsmisi bildirib.

O, Avropa İttifaqındakı hazırkı siyasətçilərin gec-tez yerlərini başqa siyasi qüvvələrə verməli olacaqlarını deyib.

“Almaniya ən böyük Avropa dövləti, güclü iqtisadiyyata və çox intizamlı cəmiyyətə malik ölkədir. Bütün bunların hansı istiqamətə gedəcəyini indi deməyə çətinlik çəkərdim”, - deyə Peskov vurğulayıb.

Kreml sözçüsünün fikrincə, Avropa siyasətçilərinə daxili problemlərin hamısını Rusiyanın üzərinə atmaq çətin olacaq.

Peskov Ukrayna ilə bağlı da danışıb. O bildirib ki, Moskva dəfələrlə Kiyevi razılaşmalara gəlmək üçün “lazımi qərarlar qəbul etməyə” çağırıb.

“Kiyev anlamağa başlayır ki, hər dəfə daha ağrılı qərarlar qəbul etməli olacaq və bu fonda isterikaya düşür”, - deyə Rusiya Prezidentinin mətbuat katibi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO