Qəzzanın cənubunda “İslami Cihad”ın istifadə etdiyi tunel məhv edildi - VİDEO

Qəzzanın cənubunda “İslami Cihad”ın istifadə etdiyi tunel məhv edildi - VİDEO

Hazırda oxunan: Qəzzanın cənubunda “İslami Cihad”ın istifadə etdiyi tunel məhv edildi - VİDEO
609450
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrail ordusu Qəzza zolağının cənubunda “İslami Cihad” qruplaşmasının istifadə etdiyi yeraltı tuneli məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Açıqlamaya görə, İsrail hərbçiləri nəzarət etdikləri ərazilərdə “təmizləmə” əməliyyatlarını davam etdirirlər. Əməliyyat zamanı uzunluğu təxminən 800 metr olan hücum təyinatlı yeraltı tunel aşkarlanaraq sıradan çıxarılıb.
 

Bildirilir ki, tunelin içərisində yaşayış otaqları, hərbi avadanlıqlar və silahlar olub. Tapılan ləvazimatlar arasında “İslami Cihad” üzvlərinə məxsus jiletlər və raket də yer alıb.


İsrail ordusunun bəyanatında qeyd olunur ki, atəşkəs planına uyğun olaraq, Cənub dairəsində yerləşdirilən hərbi qüvvələr istənilən birbaşa təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək.

Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO