Dünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazandı

Dünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazandı

Hazırda oxunan: Dünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazandı
609492
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya Kubokunda final döyüşlərinə start verilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.
 

75 kiloqramda mübarizə aparan boksçu Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya Kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycanın Dövlət Himnini səsləndirib.


Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) də final görüşünə çıxacaq. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kiloqram) bürünc medala yiyələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO