Keniyalı atletdən yeni dünya REKORDU - VİDEO

Keniyalı atletdən yeni dünya REKORDU - VİDEO

Hazırda oxunan: Keniyalı atletdən yeni dünya REKORDU - VİDEO

609458

Keniyalı atlet Sebastyan Save London marafonunda qalib gələrək bu məsafədə yeni dünya rekorduna imza atıb.

Bizim.Media  xəbər verir ki, Keniya təmsilçisi 42 km 195 metr məsafəni 1 saat 59 dəqiqə 30 saniyəyə qət edib.
 

Əvvəlki rekord onun həmvətəni Kelvin Kiptuma məxsus olub (2:00.35). K.Kiptum həmin nəticəni 2023-cü ilin oktyabrında Çikaqo marafonunda göstərmişdi.


Maraqlıdır ki, bazar günü Londonda keçirilən marafonun digər mükafatçıları da K.Kiptumun rekordunu geridə qoyublar.

Efiopiyalı idmançı Yomif Kejelça ikinci yeri tutaraq məsafəni iki saatdan tez qət edib (1:59.41). İlk üçlüyü isə uqandalı Ceykob Kiplimo (2:00.28) tamamlayıb. (Sportbox.ru)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO