İsrailin iki keçmiş baş naziri Netanyahuya qarşı birləşdi

İsrailin iki keçmiş baş naziri Netanyahuya qarşı birləşdi

Hazırda oxunan: İsrailin iki keçmiş baş naziri Netanyahuya qarşı birləşdi
609487
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsraildə iki keçmiş baş nazir hazırkı hökumət başçısı Benyamin Netanyahuya qarşı siyasi qüvvələrini birləşdirib.

Bizim.Media xəbər verir ki, Naftali Bennett və Yair Lapid qarşıdakı seçkilərdə Netanyahuya qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər.

Məlumata görə, onların alyansı Bennettin rəhbərlik edəcəyi vahid fraksiya şəklində təqdim olunacaq. Bu barədə Lapidin bəyanatında qeyd edilib.

Lapid bildirib ki, bu addımın məqsədi “daxili fikir ayrılıqlarına son qoymaq” və əsas diqqəti qarşıdakı seçkilərdə qələbəyə yönəltməkdir.

Koalisiyanın yaradılması ilə bağlı razılaşma bu gün əldə olunub. Hər iki siyasətçi partiyalarının birləşdirilməsi barədə sənəd imzalayıb.
 

Qeyd olunur ki, Bennett və Lapid arasında ciddi ideoloji fərqlər var. Bennett sərt baxışlara malik ortodoks yəhudi kimi tanınır, Lapid isə daha mötədil mövqeləri ilə seçilir.


Buna baxmayaraq, hər iki siyasətçi eyni məqsəd — Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq üçün qüvvələrini birləşdirməyə qərar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO