“Qarabağ” bu futbolçunu transfer etmək İSTƏYİR

“Qarabağ” bu futbolçunu transfer etmək İSTƏYİR

Hazırda oxunan: “Qarabağ” bu futbolçunu transfer etmək İSTƏYİR
600008
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu mövsüm Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləməyi bacaran "Qarabağ" artıq indidən yay transfer bazarlığına hazırlıq görür.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb.

"Köhlən atlar"ın rəhbərliyi Qurban Qurbanovun xidmətinə maraq göstərdiyi Jali Muaddiblə danışıqlara başlayıb.
 

Son illərin dəyişməz çempionu 25 yaşlı vingerə 3+1 illik müqavilə təklif edib. 2019-cu ildə Fransanın U-19 yığmasına çağırılmış və burada 1 oyuna 1 qol vurmuş yarımmüdafiəçi "Lill"in yetirməsidir.


2018-2020-ci illər aralığında bu klubun əvəzedici heyətində çıxış edib. Növbəti 3 ildə isə «Angers B»yə məxsus olub. Bu müddətdə icarə əsasında «Avrançes»in uğurları üçün tər töküb. 2023-cü ildə Rumıniyaya yollanıb, "Botaşani" ilə anlaşıb.

İki il burada özünü göstərəndən sonra ötən ilin yayında Kiprə üz tutub. Hazırda da "Omoniya Aradippu"ya aiddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO