“Qarabağ” “pley-off”da bu 4 klubdan biri ilə oynayacaq - ADLAR

“Qarabağ” “pley-off”da bu 4 klubdan biri ilə oynayacaq - ADLAR

Hazırda oxunan: “Qarabağ” “pley-off”da bu 4 klubdan biri ilə oynayacaq - ADLAR
592686
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində sonuncu turun oyununa hazırlaşır.

Bizim.Media xəbər verir ki, komandamız 8-ci turda çətin səfər oyununa çıxacaq - İngiltərədə yerli “Liverpul”un qonağı olacaq.

“Liverpul” - “Qarabağ” oyunu Bakı vaxtı ilə yanvarın 29-u saat 00:00-da başlayacaq. 

Bu oyun həm “Liverpul”, həm də “Qarabağ” üçün prinsupial xarakter daşıyır.

"Liverpul" mütləq qalib gəlmək istəyəcək, çünki bu halda 1/8 finala vəsiqəni birbaşa təmin edəcək. Heç-heçə və ya uduzmaq “Liverpul”u "pley-off"a çıxaracaq ki, bu halda da komanda hansısa rəqiblə daha iki oyun (evdə və səfərdə) keçirməli olacaq.

UEFA ekspertlərinin hesablamalarına görə, "Qarabağ" 90% Çempionlar Liqasının 24 komandası arasına - yəni "pley-off" mərhələsinə çıxışı təmin edib.

"Qarabağ" “Liverpul” üzərində qələbə qazansa və ya heç-heçə etsə "pley-off"a öz hesabına adlayacaq. Amma komandamız uduzacağı təqdirdə bir neçə digər oyunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçəcək.

Belə ki, 8-ci turda keçiriləcək 7 oyunun nəticəsi "Qarabağ" üçün çox maraqlı olacaq.

Əgər həmin 7 oyundan 2-sində, məsələn, "Barselona" (İspaniya) - "Kopenhagen" (Danimarka) oyununda ispanlar uduzmasa, eyni zamanda "Napoli" (İtaliya) - "Çelsi" (İngiltərə) matçında ingilislər məğlub olmasa, "Qarabağ"ın "pley-off"a yolu istənilən halda avtomatik açılır.

"Qarabağ"ın uduzacağı təqdirdə "pley-off"a çıxması üçün açağıdakı oyunlarda adları qara şriftlə verilmiş klublardan  heç olmasa ikisi uduzmamalıdır:

"Napoli" (İtaliya) - "Çelsi" (İngiltərə)

PSV (Hollandiya) - "Bavariya" (Almaniya)

"Monako" (Fransa) - "Yuventus" (İtaliya)

"Bayer Leverkuzen" (Almaniya) - "Vilyarreal" (İspaniya)

"Atletik" (İspaniya) - "Sportinq" (Portuqaliya)

"Ayaks" (Niderland) - "Olimpiakos" (Yunanıstan)

"Barselona" (İspaniya) - "Kopenhagen" (Danimarka).

Yeri gəlmişkən, "Qarabağ"ın “pley-off”dakı potensial rəqibləri də artıq məlumdur: komandamız növbəti mərhələdə bu 4 klubdan biri ilə qarşılaşacaq. Bunlar İngiltərənin “Nyukasl”, İtaliyanın “Atalanta” və “İnter”, Almaniyanın “Borussiya Dortmund” klublarıdır.

Qeyd edək ki, "Qarabağ" da daxil olmaqla daha 17 komanda “pley-off” mərhələsi üçün yarışacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO