U-20 millisini Arif Əsədov çalışdıracaq? - Özündən AÇIQLAMA

U-20 millisini Arif Əsədov çalışdıracaq? - Özündən AÇIQLAMA

Hazırda oxunan: U-20 millisini Arif Əsədov çalışdıracaq? - Özündən AÇIQLAMA
582489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA millimizi Özbəkistan və Azərbaycanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatı – 2027-yə kimin hazırlayacağını hələ müəyyənləşdirməyib.

Bizim.Media xəbər verir ki, dünən keçirilən İcraiyyə Komitəsinin iclasında yeni baş məşqçinin açıqlanması gözlənilirdi. Lakin nə A milli ilə bağlı suallara aydınlıq gəlib, nə də U-20 yığmanın baş məşqçisi bəlli olub.

Buna baxmayaraq, AFFA rəhbərliyi bu posta əsas namizədini seçib.
 

Hazırda 20 yaşadək futbolçulardan ibarət yığmamızı çalışdırmağa ən iddialı mütəxəssis Arif Əsədovdur. 55 yaşlı Əsədovun əvvəllər U-19 və A millidə uzun müddət çalışması milli assosiasiyanın seçiminə böyük təsir edib.


Məsələ ilə bağlı Arif Əsədovun özü ilə əlaqə saxlasaq da, mütəxəssis Bizim.Media-ya açıqlamasında məsələdən məlumatsız olduğunu bildirib:

“Bu məsələ ilə heç bir məlumatım yoxdur. Ona görə də nəsə deməyə ehtiyac görmürəm”

Qeyd edək ki, Arif Əsədov 2024-cü ilin yayında əsas millidən ayrıldıqdan bəri işsizdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO