"Real"ın daha bir oyunçusundan Ançelottiyə etiraz - FOTO

Hazırda oxunan: "Real"ın daha bir oyunçusundan Ançelottiyə etiraz - FOTO
54235
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Real"ın futbolçusu Dani Sebalyos oyun zamanı baş məşqçisi Karlo Ançelottiyə etiraz edib.

Bizim.Media xəbər verir ki, hadisə İspaniya kubokunun 1/16 final mərhələsinin "Alkoyano"ya qarşı matçında (3:1) baş verib. 

Görüşün 86-cı dəqiqəsində Sebalyos Rodriqonu əvəzləyərək meydana daxil olub. Lakin bundan bir qədər əvvəl Ançelotti meydanın kənarında duran oyunçuya bir qədər gözləməyi tapşırıb. Bu isə Sebalyosun etirazına səbəb olub.

O, əl hərəkətləri edərək ehtiyat oyunçular skamyasına gedib və Eden Hazardın yanında oturub.

Qeyd edək ki, bu, "Real"da Ançelottidən ilk narazılıq deyil. Bu mövsüm "Qranada" ilə görüşdə İsko italiyalı mütəxəssisin isinmə hərəkəti etməklə bağlı tapşırığını yerinə yetirməyib. Bundan sonra o, Ançelottinin köməkçisi və oğlu Davidlə mübahisə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO