Juninyo “Qarabağ”a qayıdır?

Juninyo “Qarabağ”a qayıdır?

Hazırda oxunan: Juninyo “Qarabağ”a qayıdır?
258645
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ”ın sabiq futbolçusu Juninyo Olavio gələcək karyerası ilə bağlı qərar verməyə tərəddüd edir.

Bizim.Media Braziliya mətbuatına istinadən xəbər verir ki, “Flamenqo”nun hücumçusu Səudiyyə Ərəbistanından gələn sərfəli təkliflərə cavab verməyə tələsmir. 
 

İlin əvvəlində “Qarabağ”dan 5 milyon avro qarşılığında “Flamenqo”ya keçən 28 yaşlı forvard Braziliya klubunda əsas heyətə düşməkdə çətinlik çəkir. Bundan yararlanan “Al-Riyad” və “Najran” onu icarəyə götürmək üçün qarşı tərəfə rəsmi təklif göndərib. 


Üstəlik, son vaxtlar onun adı yenidən sabiq komandası “Qarabağ”la da birgə hallanır. Braziliya millisinə düşməyi hədəfləyən forvardın ilk seçimi “Flamenqo”da qalmaqdır. Ancaq baş məşqçi Filipe Luislə danışıqdan çox şey asılı olacaq.

Juninyo əsas heyət şansının olmayacağı qənaətinə gəlsə, o zaman digər variantlara nəzər yetirəcək.

Qeyd edək ki, Juninyonun “Flamenqo” ilə müqavilə müddəti 2028-ci ilin dekabrına qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO