Türkiyə - Uels oyununu kimlər izləyəcək? – 27 MİNDƏN ÇOX bilet satılıb

Hazırda oxunan: Türkiyə - Uels oyununu kimlər izləyəcək? – 27 MİNDƏN ÇOX bilet satılıb

24906

Sabah Bakıda AVRO-2020 futbol çempionatının A qrupu üzrə Türkiyə-Uels qarşıdurması baş tutacaq. Dünən axşamadək bu oyun üçün 26 min bilet satılıb. 

Bu gün də mindən yuxarı biletin satılacağı gözlənilir.

Bu barədə Bizim.Media-ya AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla bildirib. Onun sözlərinə görə, rəqəmlər bu gün ərzində yenilənməkdədir. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə millisi sabah Bakıda Uels yığması ilə üz-üzə gələcək


Azərbaycan və Türkiyə Prezidentlərindən başqa digər rəsmi şəxslərin oyunu izləyəcəyi gözlənilirmi?

Firuz Abdulla bildirib ki, görüşü futbol federasiyalarının rəsmiləri izləyəcək: 

“Amma digər sferalara aid olan rəsmi şəxslərin qatılıb-qatılmayacağı ilə bağlı məlumat verə bilmərəm”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun azarkeş tutumu 70 min nəfərlikdir. Pandemiya ilə əlaqədar olaraq stadionun ümumu tutumunun 50 faizi qədər azarkeşin – təxminən 30-31 min nəfərin futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarını izlənilməsinə imkan verilir. Beləliklə, Türkiyə-Uels qarşıdurmasının maksimum həddə azarkeş tərəfindən izlənilməsi ehtimal olunur. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin