Messini ən çox hansı futbolçu əsəbiləşdirib?

Messini ən çox hansı futbolçu əsəbiləşdirib?

Hazırda oxunan: Messini ən çox hansı futbolçu əsəbiləşdirib?
224691
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messi karyerasında onu ən çox qəzəbləndirən futbolçunun adını çəkib.

Bizim.Media xəbər verir ki, 37 yaşlı hücumçu "Real"ın sabiq müdafiəçisi, PSJ-dəki keçmiş komanda yoldaşı olan Serxio Ramosla tez-tez mübahisə etdiklərini deyib:
 

“Serxio Ramosla çox mübahisələrimiz olub. Neçə dəfə gərginlik yaşamışıq. Ramos məni ən çox əsəbiləşdirən futbolçudur. Bəli, PSJ-də biz komanda yoldaşı idik, amma əvvəllər "El Klassiko"larda həmişə bir-birimizə rəqib olurduq".


Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"da oynayıb. O, daha sonra PSJ-yə keçib və 2023-cü ilin yayınadək bu komandada çıxış edib. Forvard ötən ilin yayından "İnter Mayami"nin formasını geyinir.

Ramos isə 2005-2021-ci illərdə "Real"da çıxış edib, 2021-2023-cü illərdə PSJ-də oynayıb.

O, ötən yay transfer olduğu "Sevilya"dan bu yay ayrılıb və hazırda klubsuzdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO