
- A-
- A
- A+
İdman
10:24 / 20.11.2024
1 dəq oxunma
Messi milli komandalar tarixində assist rekordunu təkrarladı - VİDEO
Hazırda oxunan: Messi milli komandalar tarixində assist rekordunu təkrarladı - VİDEO
221517
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Argentina yığmasının futbolçusu Lionel Messi milli komandalar tarixində assist rekordunu təkrarlayıb.
Bizim.Media xəbər verir ki, 37 yaşlı hücumçu buna DÇ-2026-nın seçmə mərhələsində, evdə Peru millisinə qarşı matçda nail olub.
Bu qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalan forvard assistlərinin sayını 58-ə çatdırıb.
O, bu göstəricidə indiyədək lider olan ABŞ millisinin əfsanəvi oyunçusu Lendon Donovana çatıb.
Qeyd edək ki, Argentina Perunu 1:0 hesabı ilə məğlub edib. Son dünya çempionu 25 xalla liderdir, qonaqlar 7 xalla sonuncu - 10-cu sıradadır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.





























































































