"Qarabağ" Avropa Liqasında hansı komandalarla görüşəcək?

"Qarabağ" Avropa Liqasında hansı komandalarla görüşəcək?

Hazırda oxunan: "Qarabağ" Avropa Liqasında hansı komandalarla görüşəcək?
208916
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ"ın UEFA Avropa Liqasının püşkatma mərasimində yer ala biləcəyi səbətlər bəlli olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu 2-ci və ya 3-cü səbətdə qərarlaşacaq.

Hazırda turnirdə iştirak edəcək 24 kollektiv dəqiqləşib. Digər 12 komandanın adına isə bu gün keçiriləcək pley-off mərhələsinin cavab qarşılaşmalarından sonra aydınlıq gələcək.

Yarışda iştirakı dəqiqləşən klubların səbətləri:

Birinci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Tottenhem" (hər ikisi İngiltərə), "Ayntraxt" (Almaniya), "Portu" (Portuqaliya), "Reyncers" (Şotlandiya), "Slaviya" (Çexiya);

Birinci və ya ikinci səbət: "Real Sosyedad" (İspaniya);

İkinci səbət: AZ (Alkmaar, Niderland), "Lion" (Fransa), "Fənərbağça" (Türkiyə), "Olimpiakos" (Yunanıstan);

İkinci və ya üçüncü səbət: "Qarabağ" (Azərbaycan), "Qalatasaray" (Türkiyə), "Budyo Qlimt" (Norveç), "Yunion" (Belçika), "Dinamo" (Kiyev, Ukrayna);

Üçüncü və ya dördüncü səbət: "Midtyullann" (Danimarka), "Malmö" (İsveç), "Atletik" (Bilbao, İspaniya), "Hoffenhaym" (Almaniya), "Nitsa" (Fransa), "Tvente" (Niderland).

Qeyd edək ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü avqustun 30-da atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO