Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri müəyyənləşir

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri müəyyənləşir

Hazırda oxunan: Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri müəyyənləşir
197987
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Bizim.Media xəbər verir ki, Çempionlar Liqasında bu turdan start götürəcək “Qarabağ” da rəqibini tanıyacaq. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Püşkatma mərasiminə qədər ilk sıralarda yer alan Qurban Qurbanovun komandasının potensial rəqibləri arasında yalnız bir klub məlumdur: “Yagelloniya” (Polşa).

Ağdam klubunun digər potensial rəqibləri isə 1-ci turun aşağıdakı cütlüklərinin qalibi olacaq:

“Çelye” (Sloveniya) – “Flora” (Estoniya), FCSB (Rumıniya) – “Virtus” (San Marino), “Differdanj” (Lüksemburq) – KI (Finlandiya) , "Şemrok Rovers" (İrlandiya) – “Vikinqur” (İslandiya), “Linkoln” (Cəbəllütariq) – “Hamrun Spartans” (Malta), “Deçiç” (Monteneqro) – “Nyu-Seynts” (Uels), “Pünik” (Ermənistan) - "Dinamo" (Minsk, Belarus), RFŞ (Latviya) – “Larne”(Şimali İrlandiya), “Petrokub” (Rumıniya) – “Ordabası” (Qazaxıstan), “Balkan” (Kosovo) – “Santa Koloma”(Andorra), "Boraç" (Bosniya və Herseqovina) - "Eqnatiya" (Albaniya).

Eyni zamanda xatırladaq ki, UEFA Azərbaycan və Ermənistan klublarını bir-birindən ayırdığı üçün, “Pünik” “Dinamo”nu (Belarus) məğlub edəcəyi halda “Qarabağ”a rəqib ola bilməyəcək.
İkinci turun oyunları 23-24 və 30-31 iyul tarixlərində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO