“Sabah” final seriyasında önə keçdi - FOTO

“Sabah” final seriyasında önə keçdi - FOTO

Hazırda oxunan: “Sabah” final seriyasında önə keçdi - FOTO

193562

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL)  final seriyasının üçüncü oyunu baş tutub.  

Bizim.Media xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının üçüncü oyunu bərabər mübarizə şəraitində başlayıb. 

Daha sonra  üstünlüyü ələ keçirən "Sabah", yekunda 75-59 hesablı önəmli qələbə qazanıb. Bu qələbə ilə "Sabah" final seriyasının ümumi hesabında 2-1 önə keçib.

Ən məhsuldar basketbolçular: "Sabah" (Mayk Holton - 21 xal, 4 asist), "Xəzri" (Cordan Perkins - 16 xal, 7 ribaund). 
Qeyd edək ki, final seriyasının dördüncü oyunu 24 may tarixində keçiriləcək.










Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO