“NTD İndiqo” səfərdə “Cəlilabad”ı məğlub etdi

Hazırda oxunan: “NTD İndiqo” səfərdə “Cəlilabad”ı məğlub etdi

187011

Azərbaycan Basketbol Liqasında 17-ci turun daha bir oyunu keçirilib. 

Bizim.Media xəbər verir ki, günün yeganə matçında “Cəlilabad” “NTD-İndiqo”nu qəbul edib. 

Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 108:87 Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran Xaçmaz klubu ikinci sıradakı “Xəzri”yə çatıb. “Cəlilabad” 21 xalla 8-ci pillədə qalıb.

Turun “Şəki” – “Gəncə” matçı aprelin 14-də baş tutacaq. Daha əvvəl “Sərhədçi” “Xəzri”ni (98:70), “Xırdalan” “Neftçi”ni (114:109), “Sabah” “Sumqayıt”ı (93:73) məğlub edib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO