Konfrans Liqası: “Fənərbağça” səfərdə məğlub oldu – VİDEO 

Konfrans Liqası: “Fənərbağça” səfərdə məğlub oldu – VİDEO 

Hazırda oxunan: Konfrans Liqası: “Fənərbağça” səfərdə məğlub oldu – VİDEO 

186821

Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub. 

Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Fənərbaxça” səfərdə Yunanıstan “Olimpiakos”u ilə üz-üzə gəlib. Məhsuldar keçən matçda meydan sahibləri qalib gəliblər.

“Aston Villa” “Lill”i, “Brügge” də PAOK-u məğlub yola salıb. “Viktoriya” (Plzen) – “Fiorentina” matçı isə qolsuz bitib. 1/4 final mərhələsinin cavab görüşləri aprelin 18-də keçiriləcək. 
Avropa Konfrans Liqası

1/4 finalın ilk oyunları

11 aprel

“Viktoriya” (Plzen, Çexiya) – “Fiorentina” (İtaliya) 0:0

“Olimpiakos” (Yunanıstan) – “Fənərbaxça” (Türkiyə) 3:2

Qollar: Fortunis, 8. Yovetiç, 32. Çikinyo, 57 – Tadiç, 68-pen. İ.C.Kahveci, 74.

“Aston Villa” (İngiltərə) – “Lill” (Fransa) 2:1

Qollar: Uotkins, 13. Makqin, 56 – Diakite, 84.

“Brügge” (Belçika) – PAOK (Yunanıstan) 1:0

Qol: Vetlesen, 6.
 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO