Avropa birinciliyində 2 boksçumuz yarımfinala yüksəldi

Hazırda oxunan: Avropa birinciliyində 2 boksçumuz yarımfinala yüksəldi

186746

Azərbaycanın iki boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində yarımfinala yüksəlib.

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya  bildiriblər ki, Bilalhəbaşi Nəzərov (48 kiloqram) irlandiyalı Skott Tompsonla qarşılaşıb. Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Nəzərov yarımfinalda Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gələcək.

Ömər Aslanlı (54 kiloqram) da komanda yoldaşının uğurunu təkrarlayıb. Turner Cozef Ceymslə (İngiltərə) qarşılaşan idmançı 4:3 hesabı ilə qələbə qazanıb. O, finala gedən yolda Atanas Dinkovu (Bolqarıstan) sınağa çəkəcək.

Azərbaycan boksçuları yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər. Bu mərhələnin görüşləri aprelin 12-də olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO