“Sərhədçi” vacib qələbə qazandı - FOTO

“Sərhədçi” vacib qələbə qazandı - FOTO

Hazırda oxunan: “Sərhədçi” vacib qələbə qazandı - FOTO
186684
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Basketbol Liqasında (ABL) 17-ci tura start verilib. 

Bizim.Media xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş turun açılış oyununda, "Xəzri" və "Sərhədçi" klubları üz-üzə gəliblər. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış "Xəzri", pley-off uğrunda mübarizə aparan "Sərhədçi" klubu ilə qarşılaşıb. Oyuna fəal başlayan "Sərhədçi", rəqibi üzərində 98-70 hesablı qələbə qazanaraq, pley-off şanslarını artırıb. Məlumat üçün xatırladaq ki, bu turda "Sumqayıt" klubu "Sabah" kollektivinə məğlub olarsa, "Sərhədçi" 6-cı pillədən pley-off yarışına vəsiqəni təmin edəcək. Ən məhsuldar basketbolçular: "Xəzri" (Yusuf Mohəmməd - 24 xal, 4 ribaund ), "Sərhədçi" (Cəbrayıl Əkbərov - 18 xal, 8 ribaund) 

Qeyd edək ki, 17-ci turun növbəti oyunları ("Neftçi" - "Xırdalan", "Sumqayıt" - "Sabah", "Cəlilabad" - "NTD-İNDİQO", "Şəki" - "Gəncə") 11, 12, 13 və 14 aprel tarixlərində baş tutacaq.

“Sərhədçi” vacib qələbə qazandı - FOTO - foto 1
“Sərhədçi” vacib qələbə qazandı - FOTO - foto 2
“Sərhədçi” vacib qələbə qazandı - FOTO - foto 3


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO