Güləşçilərimizin lisenziya turnirindəki rəqibləri məlum oldu

Güləşçilərimizin lisenziya turnirindəki rəqibləri məlum oldu

Hazırda oxunan: Güləşçilərimizin lisenziya turnirindəki rəqibləri məlum oldu

185706

Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan güləşçilərinin də rəqibləri bəlli olub. 

Üç gün davam edəcək turnirdə ölkəmizi 14 idmançı təmsil edəcək. Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda sərbəst güləşdə 5, yunan-Roma güləşində 4, qadın güləşində 5 təmsilçimiz xalça üzərinə çıxacaq.

Yunan-Roma güləşi, 5 aprel

60 kq. Nihat Məmmədli – Oleksey Maşuk (Ukrayna)

87 kq. İslam Abbasov – Turpal Bisultanov (Danimarka)

97 kq. Murad Əhmədiyev – Aleksandar Stepanetiç (İsveç)

130 kq. Beka Kandelaki – Oskar Marvik (Norveç)

Qadın güləşi, 6 aprel

50 kq. Mariya Stadnik – ilk mərhələdən azaddır

53 kq. Elnurə Məmmədova – Veronika Ryabovolova (Şimali Makedoniya)

57 kq. Jalə Əliyeva - ilk mərhələdən azaddır

62 kq. Birgül Soltanova – Amelin Duarre (Fransa)

68 kq. Elis Manolova – Mimi Xristova (Bolqarıstan)

Sərbəst güləş, 7 aprel

57 kq. Əliabbas Rzazadə - Simone Piroddu (İtaliya)

65 kq. Hacı Əliyev – Həmzət Arsamerzoyev (Fransa)

74 kq. Turan Bayramov – Tobias Portmann (İsveçrə)

86 kq. Osman Nurmaqomedov – Domantas Pauliçenko (Litva)

125 kq. Giorgi Meşvildişvili – ilk mərhələdən azaddır

Qeyd edək ki, Maqomedxan Maqomedov (97 kq) sərbəst, Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanova (77 kq) yunun-Roma güləşində olimpiya lisenziyası qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO